ABŞ-də ürək donoru orqanın çıxarılması əməliyyatı zamanı oyanıb

ABŞ-də ürək donoru orqanın çıxarılması əməliyyatı zamanı oyanıb.

Xeber-ps.com xəbər verir ki, bu barədə "The Independent" məlumat yayıb.

Kentukki ştatının sakinini orqanlarını çıxarmaq üçün əməliyyat otağına aparıblar və yalnız bu anda həkimlər onun sağ olduğunu anlayıblar.

Kişi narkotikin doza həddini aşması səbəbindən xəstəxanaya yerləşdirilib. Reanimasiya tədbirləri ona kömək etməyib və o, donor olmaq arzusunu ifadə etdiyindən xüsusi palataya aparılıb və əməliyyat zamanı həmin şəxsin sağ olduğu məlum olub. Bundan sonra iki həkim əməliyyatdan imtina edib.

Mütəxəssislərdən birinin dediyinə görə, həkimlər həyat əlamətlərini görəndə rəhbərliklə əlaqə saxlayıb və bunu edəcək başqa həkim tapmaqlarını istəyiblər.

O, həmçinin əlavə edib ki, hadisə baş verən gün kişi ürəyin vəziyyətini qiymətləndirən prosedurdan keçib. Prosedur zamanı o, hərəkət etməyə başlayıb, lakin ona sakitləşdirici iynə vurublar və orqanı çıxarmaq üçün hazırlıqlara davam ediblər.

Bu arada canlı donorun taleyinə biganə qalmaqda ittiham olunan qurum hər şeyi təkzib edir. Qurumdan əməliyyat edən həkimlərə təzyiq etmədiklərini bildiriblər.

0.090279102325439