Gəncə şəhərində yaşayış binasında partlayış nəticəsində ölənlərin sayı iki nəfərə çatıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin İsaq Cəfərov küçəsində yerləşən mənzillərin birində qeydə alınıb.
Hadisə zamanı həmçinin 6 nəfər xəsarət alıb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhəri, İsaq Cəfərov küçəsində beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində partlayış baş verməsi barədə ilkin məlumat daxil olub.
Bu barədə Xeber-ps.com-a FHN-in Mətbuat Xidmətindən bildirilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Əlavə məlumat veriləcək.
Gəncədə binada partlayış baş verib.
Xeber-ps.com xəbər verir ki, hadisə nəticəsində bir nəfər qadın ölüb.
Dağıntılar altında digər insanların olub-olmaması araşdırılır.
Hadisə yerinə Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları və digər qurumların nümayəndələri cəlb olunublar.
Hadisəyə səbəb qaz sızıntısının olması güman edilir.
Samir İsayev