Türkiyədə koronavirus pandemiyası səbəbindən 2020-ci ilin son 10 ayında ölkəyə səfər edən xarici turistlərin sayı ötən illə müqayisədə, 72,5 faiz azalıb.
Bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb.
Nazirliyin statistik hesabatına əsasən, 2020-ci ilin yanvar-oktyabr ayları aralığında ölkə 11,2 milyon xarici qonaq qəbul edib.
2019-cu ilin eyni dövründə isə bu göstərici 41 milyon nəfər olub.