Ərdoğan: "Azərbaycanın fevral zəlzələlərindəki yardımlarını unutmadıq"

"Kədərdə, sevincdə bir olduğumuz türk dünyası ilə əlaqələrimiz durmadan genişlənir. Başda Azərbaycan olmaqla, türk dövlətlərindəki qardaşlarımızın dağıdıcı fevral zəlzələləri zamanı göstərdikləri yardımları əsla unutmadıq".

Xeber-ps.com Haber Global-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin toplantısından sonra çıxışı zamanı deyib.

O qeyd edib ki, Türkiyə də çətin günlərdə qardaşlarının yanında olacaq və türk birliyi birlikdə inşa ediləcək.

0.17941117286682