Birləşmiş Ştatlar bölgədə gərginliyin artması fonunda İranın potensial ballistik raket hücumunu dəf etmək üçün THAAD (Terminal High Altitude Area Defense) yüksək hündürlükdə raketdən müdafiə sistemini dərhal İsrailə təhvil verəcək.
Xeber-ps.com xəbər verir ki, bu barədə Ynet xəbər portalı məlumat yayıb.
Oktyabrın 9-da İsrailin müdafiə naziri Yoav Qalant bəyan edib ki, İsrail İrana elə ölümcül və gözlənilməz zərbə ilə cavab verəcək ki, iranlılar baş verənləri anlamağa belə vaxt tapmayacaqlar.