Şirvan şəhəri Məhəmməd Əsədov küçəsi ev 30 a ünvanında ölüm hadisəsi qeydə alınıb.
APA-nın məlumatına görə, həmin ünvanda yaşayan 1951-ci il təvəllüdlü Əhmədov Balaqardaş Məlik oğlu yatdığı vəziyyətdə elektrik qızdırıcısı üstünə düşüb. Üzərindəki örtüyün tüstüləməsi nəticəsində B.Əhmədov boğularaq ölüb.
Meyit müayinə üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.