Cennifer Lopes ilk dəfə Ben Affleklə ayrılığını şərh etdi

Məşhur müğənni və aktrisa Cennifer Lopes Hollivud aktyoru Ben Affleklə boşandıqdan sonra hissləri haqqında ilk dəfə açıq danışıb.

Xeber-ps.com-ın verdiyi məlumata görə, ulduz bu barədə "Interview" nəşrinə verdiyi müsahibə zamanı etiraflar edib.

Aktrisa həqiqi məhəbbət hekayəsinin dağılmasının onun üçün əsl fəlakət olduğunu bildirib.

"Bu çox ağrılı idi. Mənə elə gəlirdi ki, həyatım dağılıb. İndi yenidən yaşamağı öyrənməli, bir çox şeylərə fərqli baxmalıyam", - deyə müğənni bölüşüb.

Cennifer, həmçinin bildirib ki, yalnız indi dərk edir ki, tək olarkən də sevinc və xoşbəxtliyi hiss edə bilir.

"Kişi ilə münasibətlər məni şəxsiyyət kimi müəyyən etmir. Mən xoşbəxtliyi başqalarında axtara bilmərəm və bunu istəmirəm, onu öz içimdə tapmalıyam", - deyə Lopes bildirib.

Xatırladaq ki, 51 yaşlı ulduz bundan əvvəl üç dəfə uğursuz nikahda olub: ofisiant Ohani Noa (1997-1998), rəqqas Kris Cadd (2001-2002) və müğənni Mark Entoni (2004-2014) ilə (ondan əkizlər dünyaya gətirib).

2022-ci il iyulun 16-da Lopes və Afflek Las-Veqasda evləniblər, 2024-cü ilin avqustunda isə Cennifer rəsmi olaraq boşanma ərizəsi verib.

Yeri gəlmişkən Cennifer Lopes yeni açıq-saçıq fotosessiyasından görüntülər paylaşıb. Kadrlar sosial şəbəkə istifadəçiləri tərəfindən heyranlıqla qarşılanıb.

0.066845893859863