Neftçala Rayon Mərkəzi Xəstəxanasına YENİ TƏYİNAT

Neftçala Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin edilib.

Xeber-ps.com xəbər verir ki, bu barədə xəstəxanadan məlumat verilib.

Bildirilib ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.

Əmrə əsasən, 1968-ci il təvəllüdlü Zəminə Adil qızı Abbasova Neftçala Rayon Mərkəzi Xəstəxanasına direktor müavini-baş həkim vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Z. Abbasova bu təyinata qədər xəstəxanada Keyfiyyətə Nəzarətin İdarəedilməsi Komitəsinin rəhbəri vəzifəsində işləyib.

0.12090802192688