İsrail "İzzəddin əl-Qəssam Briqadaları"ının komandirlərindən birini öldürüb

HƏMAS hərəkatının liderlərindən biri İsrail ordusunun endirdiyi aviazərbə nəticəsində öldürülüb.

Xeber-ps.com bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir.

Qeyd olunur ki, öldürülən şəxs HƏMAS hərəkatının hərbi qanadı "İzzəddin əl-Qəssam Briqadaları" qruplaşmasının komandiri Zahi Yaser Aufidir.

Onun Tülkərm əyalətində öldürüldüyü bildirilir. Aviazərbə nəticəsində Zahi Yaser Aufin ailə üzvləri də həyatını itirib.

0.33999919891357