İsrail "Hizbullah"ın 30 komandirini məhv edib

İsrail ordusu "Hizbullah"ın 30 komandirini məhv edib.

Xeber-ps.com "Mignews"a istinadən xəbər verir ki, bunu ordunun (SAXAL) sözçüsü Daniel Haqari bildirib.

"Biz "Hizbullah"ı şimala sıxışdıracağıq. Bəzi terrorçular qaça bilib, bəziləri isə döyüşlərdə qoşunlarımız tərəfindən məhv edilib", - o deyib.

Qeyd olunub ki, Livanda hərbi əməliyyatlar başlanandan bəri İsrail ordusu "Hizbullah"ın 30-u müxtəlif rütbəli komandirlərini, həmçinin 440-a yaxın yaraqlısını məhv edib.

1.03280210495