Azərbaycan və Rusiya Xəzər dənizi ilə bağlı işçi qrupu yaradıb

Azərbaycan və Rusiya Xəzər dənizinin dayazlaşdırılması problemi ilə bağlı tədqiqatların aparılması üçün müvafiq nazirlik və idarələrin, elmi-tədqiqat institutlarının nümayəndələrindən ibarət işçi qrup yaradıblar.

Xeber-ps.com bu barədə Rusiya hökumətinə istinadən xəbər verir.

"Birgə iş formatında mütəxəssislər Xəzər dənizinin səviyyəsində dəyişikliklərin səbəblərinin araşdırılması, qısa və uzunmüddətli proqnozlar, monitorinqləri özündə əks etdirən tədbirlər planı hazırlayacaqlar. Su səviyyəsinin dəyişməsi, birgə elmi araşdırmalar, həmçinin sahilyanı ərazilərə mənfi təsirin azaldılmasına yönəlmiş digər addımlar atılacaq", - məlumatda qeyd olunur.

Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevlə rusiyalı həmkarı Sergey Anoprienko işçi qrupun həmsədrləri təyin ediliblər.

Rusiya hökumətinin məlumatına görə, 2024-cü il avqustun 19-da Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putin arasında Xəzər dənizinin dayazlaşdırılması ilə qrup yaradılması barədə qərar qəbul olunub.

2024-cü il sentyabrın 17-də Rusiyavə Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədrləri, baş nazirin müavinləri Şahin Mustafayev və Aleksey Overçuk Xəzər dənizinin dayazlaşması ilə bağlı problemləri, gələcək ssenarilərin işlənib hazırlanması variantlarını nəzərdən keçiriblər, səviyyə dəyişiklikləri və işçi qrupun yaradılması barədə razılığa gəliblər.

0.089972972869873