"Hazırda Azərbaycan ərazisində Rusiyanın yeni xarici nümayəndəliklərinin açılması məsələsi siyasi səviyyədə işlənilir".
Xeber-ps.com-ın verdiyi məlumata görə, bu barədə Rusiya XİN-in konsulluq departamentinin rəhbəri Aleksey Klimov TASS-a müsahibəsində bəyan edib.
O vurğulayıb ki, Azərbaycan tərəfi ilə müvafiq razılaşmalar formalaşdırıldıqca konsulluq departamenti onlarla bağlı praktiki addımların həyata keçirilməsinə qoşulacaq.