Məşhur türkiyəli müğənni Sinan Akçıl məhkəməyə verilərək cərimələnib. İddia ilə tanış olan Sinan Akçil isə heyrətə düşüb.
Xeber-ps.com-ın "Haber Global"a istinadla verdiyi məlumata görə, hadisənin əvvəli 2014-cü ilə gedir.
Həmin vaxt ifaçının avtomobili "Güvenli Otopark ve Yediemin Hizmetleri" dayanacağına aparılıb.
Şirkət iddia edir ki, Sinan Akçıl 10 ildir yığılan 50 min lirəlik xidmət haqqını ödəməyib. Buna görə, İstanbul 33-cü İcra İdarəsinə müraciət edərək ifaçı barəsində icra işi açılıb. Sinan Akçıl isə borca etiraz edib, bununla da icra işi dayandırılıb.
Bundan sonra şirkət "etirazın ləğvi" tələbi ilə yenidən məhkəməyə müraciət edib.
Mövzu ilə bağlı Sinan Akçıldan da açıqlama gəlib.
"10 il əvvəl sürücümün idarə etdiyi avtomobil nəqliyyat sığortası ilə bağlı problem üzündən cərimə meydançasına aparıldı. Bu müddət ərzində nə mənə, nə də vəkilim Batuhan Demircana hər hansı bir bildiriş gəlməyib. Bir müddət əvvəl avtomobil yadıma düşəndən sonra dayanacaqla əlaqə saxlayanda isə məhkəməyə müraciət etdilər. Əvvəlcə 400 min lirəlik (7,2 min manat) borc çıxardılar, sonra endirimlə 50 min lirəyə (təxminən 1000 manat) saldılar. Gələn həftə avtomobilimi təhvil alacağam", - deyə o bildirib.