Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Nepala başsağlığı verib.
Xeber-ps.com xəbər verir ki, bu barədə XİN-in rəsmi "X" hesabında paylaşım edilib.
Paylaşımda qeyd edilir:
"Nepalda yüzlərlə insanın həyatına son qoyan daşqın və torpaq sürüşməsi xəbəri kədərləndirdi. Həlak olanların yaxınlarına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayırıq. Bu çətin günlərdə Nepalla həmrəyik".