Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində BMT baş katibinin müavini, az inkişaf etmiş, dənizə çıxışı olmayan və kiçik ada ölkələri üzrə ali nümayəndəsi Rabab Fatima ilə görüşüb.
Xeber-ps.com xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Görüş zamanı tərəflər Azərbaycan və BMT arasında mövcud əməkdaşlıq məsələlərini, habelə Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasına (COP29) sədrlik fəaliyyətini və hazırlıq prosesini müzakirə ediblər.
Nazir BMT və onun qurumları ilə əməkdaşlığın Azərbaycanın xüsusi diqqət ayırdığı istiqamətlərdən biri olduğunu və ölkəmizin təşkilat tərəfindən həyata keçirilən layihələrdə fəal iştirak etdiyini bildirib.
Regionda və dünyada sülh və təhlükəsizliyin qorunması, həmçinin BMT-nin "Dayanıqlı İnkişaf Məqsədləri"nə nail olunması məqsədilə müvafiq addımların atılması və digər üzv dövlətlərlə səylərin birləşdirilməsinin əhəmiyyəti vurğulanıb. Azərbaycanın iqtisadi, sosial, mədəni və humanitar xarakterli beynəlxalq problemlərin həllinə yönəlmiş koordinasiyalı fəaliyyətə hər zaman hazır olduğu qarşı tərəfin diqqətinə çatdırılıb.
COP29 sədrliyimiz çərçivəsində sessiyaya hazırlıq işləri, aparılan danışıqlar prosesi barədə ətraflı məlumat verən Ceyhun Bayramov ölkəmizin inklüzivlik prinsipini rəhbər tutaraq, xüsusilə az inkişaf etmiş, dənizə çıxışı olmayan və kiçik ada ölkələrinin iqlim dəyişikliyi ilə mübarizə səylərinin dəstəklənməsini diqqət mərkəzində saxladığını bildirib.
Ali nümayəndə Rabab Fatima Azərbaycanın əməkdaşlığını və müvafiq layihələrdə iştirakını yüksək qiymətləndirib və birgə təşəbbüslərin dənizə çıxışı olmayan region ölkələrinin nəqliyyat imkanlarının genişləndirilməsinə töhfə verəcəyinə olan inamını ifadə edib. Eyni zamanda, "Dayanıqlı İnkişaf Məqsədləri"nin reallaşdırılması istiqamətində atılan addımların, xüsusilə də COP29-a sədrlik çərçivəsində görülmüş işlərin Azərbaycanın təşkilatın işində uğurlu iştirakının göstəricilərindən olduğunu qeyd edib.
Bununla yanaşı, görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Comprehensive discussion took place with UN Under-Secretary-General and High Representative of OHRLSS @RababFH within the framework of the #UNGA79.
— Jeyhun Bayramov (@Bayramov_Jeyhun) September 27, 2024
Informed about @COP29_AZ's focus to climate finance, climate smart development, as well as sensitivities of Least Developed… pic.twitter.com/NFECdYQE19
Həmçinin, Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksəksəviyyəli həftəsində iştirakı çərçivəsində Bolqarıstan Respublikasının xarici işlər naziri İvan Kondov ilə görüşüb.
Görüşdə Azərbaycan və Bolqarıstan arasında mövcud strateji tərəfdaşlıq münasibətlərindən irəli gələn məsələlər, habelə regional və beynəlxalq təhlükəsizlik vəziyyəti müzakirə olunub.
Tərəfdaşlıq münasibətlərinin siyasi, iqtisadi, enerji, nəqliyyat-kommunikasiyalar, humanitar və s. aspektlərinin mövcudluğu məmnunluqla qeyd edilib.
Xüsusilə, enerji təhlükəsizliyi sahəsində həyata keçirilən layihələrin qarşılıqlı faydalı əməkdaşlığımızı daha da gücləndirdiyi qeyd olunub.
Regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və əməkdaşlığın vacib olduğu vurğulanıb.
Ceyhun Bayramov, həmçinin, qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar barədə ətraflı məlumatlandırıb.
Ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi çərçivəsində görülmüş işlərdən bəhs olunub.
Görüş zamanı, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
In the margins of #UNGA79, had a comprehensive exchange with caretaker Foreign Minister of the Republic of #Bulgaria Ivan Kondov over the Azerbaijan - Bulgaria bilateral and multilateral strategic partnership.
— Jeyhun Bayramov (@Bayramov_Jeyhun) September 27, 2024
We believe that @COP29_AZ will bring additional impetus to our… pic.twitter.com/ptn37tyevE
Ceyhun Bayramov, eləcə də, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Mali Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdulaye Diop ilə görüşüb.
Görüşdə iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın mövcud əməkdaşlıq perspektivləri, habelə Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasına (COP29) sədrliyindən irəli gələn məsələlər müzakirə olunub.
Ölkələrimiz arasında beynəlxalq təşkilatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı çərçivəsində çoxtərəfli əməkdaşlığın mövcudluğu məmnunluqla qeyd olunub, münasibətlərin ikitərəfli səviyyədə inkişafı baxımından bu kimi təmasların, qarşılıqlı səfərlərin davam etdirilməsi, habelə iki ölkə arasında siyasi məsləhətləşmələr kimi mexanizmlərdən istifadənin vacibliyi vurğulanıb.
Qoşulmama Hərəkatına sədrliyimizin Afrika ölkələri ilə əlaqələrimizə verdiyi təkanın davam etdirilməsi istiqamətində ölkəmizin Afrika İttifaqı ilə əlaqələrinin genişləndirilməsinin əhəmiyyəti və bu istiqamətdə bir sıra perspektivlərin mövcudluğu qeyd olunub.
Ceyhun Bayramov qarşı tərəfi COP29-a sədrlik fəaliyyətimiz, əsas prioritetlər barədə ətraflı məlumatlandırıb. COP29 sədrliyimizin, xüsusilə az inkişaf etmiş, dənizə çıxışı olmayan və kiçik ada ölkələrinin iqlim dəyişikliyi ilə mübarizə səylərinin dəstəklənməsinə, onların həssaslıqları ilə bağlı zəruri tədbirlərin görülməsinə hədəfləndiyi diqqətə çatdırılıb, sədrlik təşəbbüslərimizin əksəriyyətinin bu istiqamətə həsr olunduğu qeyd olunub.
Görüş zamanı, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Glad to have a meeting with Minister of Foreign Affairs and International Cooperation of the Republic of #Mali ???????? @AbdoulayeDiop8 in the margins of the #UNGA79.
— Jeyhun Bayramov (@Bayramov_Jeyhun) September 27, 2024
Reiterated importance of continuing political dialogue to discuss prospects for future cooperation in detail. Informed… pic.twitter.com/Xk5CdiN3o4
Həmçinin, Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Bosniya və Herseqovinanın xarici işlər naziri Elmedin Konakoviç ilə görüşüb.
Görüş zamanı Azərbaycan ilə Bosniya və Herseqovina arasında ikitərəfli, habelə çoxtərəfli strateji tərəfdaşlıqdan, ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasına (COP29) sədrliyindən irəli gələn məsələlər müzakirə olunub.
İki ölkə arasında mövcud tərəfdaşlıq münasibətlərinin inkişafı istiqamətində siyasi, iqtisadi, enerji, alternativ enerji, elm, təhsil, mədəniyyət, gənclər, idman və s. aspektlər üzrə geniş əməkdaşlıq potensialının mövcud olduğu vurğulanıb.
Bununla yanaşı, turizm, kənd təsərrüfatı, sənaye, yüksək texnologiyalar, qarşılıqlı sərmayə qoyuluşları, nəqliyyat sahələrində mövcud olan əməkdaşlığın inkişaf perspektivlərindən istifadənin vacibliyi qeyd olunub.
C.Bayramov bu il ölkəmizin ev sahibliyi etdiyi COP29-un yeni tərəfdaşlıq sahələri üçün əlverişli imkanlar yaratdığını və bu çərçivədə Azərbaycanın Bosniya və Herseqovina ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.
Qarşı tərəf, həmçinin, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə sahəsində görülən işlər, habelə Azərbaycan və Ermənistan arasında normallaşma və sülh gündəliyinin hazırkı vəziyyəti barədə ətraflı məlumatlandırılıb.
Eyni zamanda, görüşdə yeni əməkdaşlıq istiqamətləri və qarşılıqlı maraq kəsb edən digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.