Azərbaycan XİN başçısı ABŞ Prezidenti ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində ABŞ Prezidenti Cozef Bayden tərəfindən təşkil olunan rəsmi qəbulda iştirak edib.

Xeber-ps.com xəbər verir ki, bu barədə Ceyhun Bayramov "X" səhifəsində paylaşım edib.

Rəsmi qəbul Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edən nümayəndə heyətlərinin başçıları üçün təşkil olunub.

0.057444095611572