Ermənistanın Konstitusiya Məhkəməsi Azərbaycanla sərhədlərin delimitasiyası üzrə işçi komissiyanın reqlamentinin əsas qanuna uyğun olduğuna dair qərar qəbul edib.
Xeber-ps.com "Sputnik Armenia"ya istinadən xəbər verir ki, məlumatı Ermənistan Konstitusiya Məhkəməsinin mətbuat xidməti yayıb.
Qərar Konstitusiya Məhkəməsinin rəsmi saytında dərc olunduğu gündən qüvvəyə minir.