COP29-un müəyyən olunmuş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə baş tutmuş yüksəksəviyyəli tədbirdə iqlim dəyişikliyi fəsadlarının yumşaldılması barədə danışıb.
Xeber-ps.com xəbər verir ki, bu barədə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) "X" sosial şəbəkə hesabında məlumat verilib.
"COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev iqlim dəyişikliyi fəsadlarının yumşaldılmasında etibar və qlobal idarəetmənin rolunu müzakirə etmək üçün NGBM ilə yüksəksəviyyəli bir tədbirdə iştirak edib. O, etibar və hesabatlılığın COP prosesi üçün fundamental olduğunu vurğulayaraq onların iqlim öhdəlikləri üzrə qlobal fəaliyyətin təmin edilməsi üçün önəmini qeyd edib", - paylaşımda bildirilib.
Xatırladaq ki, daha əvvəl Muxtar Babayev Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesusla iqlim dəyişikliyinin qlobal səhiyyə sistemlərinə təsiri ətrafında.
Qeyd edək ki, ayın əvvəlində NGBM BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Mərkəzin növbəti ali səviyyəli toplantısının keçiriləcəyinin anonsunu vermişdi.
COP29 President-Designate Mukhtar Babayev joined a high-level event with @NizamiGanjaviIC to discuss the role of trust and global governance in advancing climate change mitigation. He underscored that trust and accountability are fundamental to the COP process, stressing their… pic.twitter.com/rocvW2YY3m
— COP29 Azerbaijan (@COP29_AZ) September 25, 2024