Sentyabrın 26-da Cəbrayıl şəhərinə ilk köç olacaq.
"Report" xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşan insanlar doğma yurda yola salınacaqlar.
Qeyd edək ki, Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. 2020-ci ilin oktyabrın 4-də şəhər işğalda azad edilib.