Xocavənd rayonuna dolu düşüb - FAKTİKİ HAVA

Sentyabrın 24-ü saat 13:05-13:10 radələrində Xocavənd rayonuna diametri 15-18 mm olan dolu düşüb.

Bu barədə Xeber-ps.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

Bununla bağlı Xeber-ps.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 25-də saat 9:00-a olan məlumata əsasən, bəzi yerlərdə şimşək çaxıb, qısamüddətli leysan xarakterli yağış yağıb.

Vurğulanıb ki, düşən yağıntının miqdarı Beyləqan və Qaxda (Sarıbaş) 7 mm, Ağdamda 6 mm, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Tovuz və Şəkidə (Kişçay) 3 mm, Balakən, Şəmkir, Zaqatala, İsmayıllı, Şahdağ, Tərtər, Mingəçevir, Yevlax, Göyçay, İmişli və Daşkəsəndə 2 mm-dək olub.

Qrız, Cəfərxan və Lerikdə duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR-də 30, Aran rayonlarında 30, dağlıq rayonlarda 20 dərəcəyədək isti qeydə alınıb.

0.097055912017822