Bütün sosial ödənişlərin sabah yekunlaşdırılması nəzərdə tutulub.
Xeber-ps.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Bildirilib ki, Dövlət Sosial Müdafiə Fondu tərəfindən sentyabrın 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.