Azərbaycanın İrandakı səfiri Əli Əlizadə bu ölkənin Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquqi məsələlər idarəsinin rəisi Seyid Əli Musəvi ilə ikitərəfli hüquqi məsələlərə dair müzakirələr aparıb.
Xeber-ps.com xəbər verir ki, bu barədə Azərbaycan diplomatik missiyasının mətbuat xidməti bildirib.
"Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadə İİR XİN-in Beynəlxalq hüquqi məsələlər İdarəsinin rəisi Seyid Əli Musəvi ilə görüşüb, ikitərəfli hüquqi məsələlərə dair müzakirələr aparıb", - səfirliyin sosial şəbəkə hesabında diqqətə çatdırılıb.
Xatırladaq ki, daha öncə Azərbaycanın xarici siyasət idarəsi Cənubi Xorasan ostanının Təbəs şəhərində kömür mədənində baş vermiş partlayışda ölənlərlə əlaqədar Tehrana başsağlığı vermişdi.