Azərbaycanda ilk dəfə olaraq sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunur.
Xeber-ps.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 31 iyul tarixli 4013 nömrəli dəyişiklik edilməsi barədə imzalayıb.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən, azad olunmuş ərazilər üzrə şəhər günləri təsis edilib
Sərəncama əsasən, hər il aşağıdakı günlər işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri kimi təntənəli şəkildə qeyd olunacaq:
26 avqust - Laçın Şəhəri Günü;
4 oktyabr - Cəbrayıl Şəhəri Günü;
17 oktyabr - Füzuli Şəhəri Günü;
20 oktyabr - Zəngilan Şəhəri Günü;
25 oktyabr - Qubadlı Şəhəri Günü;
8 noyabr - Şuşa Şəhəri Günü;
20 noyabr - Ağdam Şəhəri Günü;
25 noyabr - Kəlbəcər Şəhəri Günü.