Xəzər dənizində 4 ballıq zəlzələ olub

Yerli vaxtla saat 03:47-də Xəzər dənizində, Cil və Pirallahı adalarından şimal-şərqdə 4 maqnitudalı zəlzələ qeydə alınıb.

Xeber-ps.com xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Qeyd olunur ki, zəlzələ ocağı 73 kilometr dərinlikdə yerləşib.

0.087843179702759