"Trendyol"dan gələn xəbərdarlıq mesajı çaşqınlıq yaratdı

"Azərbaycanda təşkil olunan tədbir səbəbi ilə sifarişlərinizin uçuş və gömrük prosesinin müddəti uzana bilər. Gözləməyinizi xahiş edirik".

Xeber-ps.com xəbər verir ki, belə bir xəbərdarlıq mesajı "Trendyol" istifadəçilərinə gəlib.

Məsələni aydınlaşdırmaq üçün "Trendyol"un Bakıdakı nümayəndəliyinə sorğu ünvanladıq.

Nümayəndəlikdən Xeber-ps.com-ın sorğusuna cavab olaraq bildirildi ki, bu xəbərdarlıq ölkəmizdə keçirilən "Formula-1" yarışı ilə bağlı olub.

"Artıq sistemə yenilənmə verilib və xəbərdarlıq aradan qaldırılıb", - deyə açıqlamada qeyd olunub.

Əzizə İsmayılova

0.098034143447876