Azərbaycanda bəzi kəndlərə mavi yanacaq niyə verilmir?

Şəkinin Baş Kəldək və Oraban kəndlərinin sakinləri illərdir təbii qaz üzünə həsrət qalıblar.

Sakinlər qarşıdan gələn soyuq aylar üçün meşələrdən odun tədarükü edirlər.

"Biz ömür boyu qaz görməmişik. Meşələr də demək olar qırılıb qurtarıb. Odun fondu isə ancaq məktəb və bağçalar üçün odun gətirir" - deyə kənd sakini məlumat verib.

Tovuz rayonunun Həsənli, Mollalar, Çeşməli kəndlərində də vəziyyət fərqli deyil. Təbii qaz olmadığından sakinlər evlərin isidilməsində, məişət işlərində müxtəlif ölçülü qaz balonlarından istifadə edirlər.

Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyindən bildirilib ki, yaxın müddət ərzində sözügedən kəndlərin qazlaşdırılması nəzərdə tutulmayıb.

Daha ətraflı "Xəzər Xəbər"in süjetində:

Azərbaycanda bəzi kəndlərə mavi yanacaq niyə verilmir?

Azərbaycanda bəzi kəndlərə mavi yanacaq niyə verilmir?

0.385901927948