Xaş həqiqətən orqazimə deyildiyi qədər fayda verirmi? - Həkimdən AÇIQLAMA

"Kollagen orqanizmimizdə dəri, oynaqlar və vətərlərin sağlamlığı üçün ən vacib zülaldır. Bir çox insanlar onun ehtiyatlarını bərpa etmək üçün xaş, xolodes və ya sümük bulyonu kimi kollagenlə zəngin qidalar qəbul etməklə kifayətlənə biləcəklərini düşünürlər. Ancaq bu fikir yanlışdır".

Xeber-ps.com-ın "gazeta.ru"ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı bioloq, inteqrativ ortomolekulyar tibb həkimi və nutrigenetik Andrey Zolotaryov bildirib.

Onun sözlərinə görə, orqanizm üçün heyvan kollageninin böyük molekulunu həzm etmək son dərəcə çətindir.

"Təkamül prosesində insan mədə-bağırsaq traktı heyvan kollagenini parçalamaq üçün lazım olan bir çox fermentləri itirib. Bundan əlavə, xolodes bişirmə prosesində kollagen molekulu orqanizmin tam mənimsəyə bilmədiyi hissəciklərə parçalanır. Kollagenin birləşdirici toxumaya effektiv daxil olması və sonradan mənimsənilməsi üçün o, hidrolizə edilmiş və peptidlərə (qısa zülal zəncirlərinə çevrilmiş) olmalıdır. Bu proses ev şəraitində mümkün deyil və sənaye emalı tələb edir" , - deyə mütəxəssis bildirib.

Həkimin sözlərinə görə, dəri kollageninin yenilənməsi 3-4 ay ərzində baş verir, buna görə də hidrolizə edilmiş kollageni ac qarına ən azı üç ay müddətində qəbul etmək vacibdir.

"Yalnız belə bir yanaşma peptidlərin effektiv sorulmasını və orqanizmdə kollagen ehtiyatlarının bərpasını təmin edəcək" , - deyə ekspert əlavə edib.

O vurğulayıb ki, heyvanların sümüklərindən, qulaqlarından və quyruqlarından hazırlanan yeməklər mükəmməl zülal mənbəyi olsa da, orqanizmi lazımi miqdarda kollagenlə təmin edə bilmir. Bu məqsədə çatmaq üçün hidrolizə edilmiş kollagen əlavələrindən istifadə etmək və onların qəbulu ilə bağlı tövsiyələrə əməl etmək lazımdır.

0.28200316429138