Sumqayıtda bir məntəqənin nəticələri ləğv edildi

Sentyabrın 1-də keçirilmiş Milli Məclisə növbədənkənar seçkidə 42 saylı Sumqayıt birinci seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınan Yasəmən Mahmudovanın şikayətinə baxılıb.

Xeber-ps.com xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məsələ müzakirə edilib.

MSK-nın katibi Arifə Muxtarova təqdimatına əsasən, şikayətçi seçkinin nəticəsinin ləğv edilməsini tələb edilib:

"Namizəd Y.Mahmudova dairənin bütün seçki məntəqələrində total qayda pozuntularının olduğunu, adları seçki siyahısına olmayanların, eləcə də bir şəxsin bir neçə dəfə səs verdiyini bildirərək həmin dairənin nəticələrinin ləğv edilməsimi tələb edib. Onun müraciəti araşdırılıb, lakin namizədin mübahisələndirdiyi qanun pozuntuları təsdiqini tapmayıb. Həmin dairənin yalnız 27 saylı seçki məntəqəsinin ləğv edilməsi üçün hüquqi əsaslar müəyyən edilib.

Beləliklə, MSK Seçki Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq qərara alır ki, 42 saylı Sumqayıt birinci seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınan Yasəmən Mahmudovanın müraciəti qismən təmin edilsin, dairənin 27 saylı məntəqəsinin nəticələri etibarsız hesab edilsin. Bu qərar dərc edildiyi gündən qüvvəyə minsin".

Mərahim Nəsib

0.096593141555786