"ABŞ Dövlət katibi Antoni Blinken Ermənistan və Azərbaycan arasında danışıqlar prosesində əldə olunan son irəliləyişləri, o cümlədən sərhədlərin delimitasiyasının tənzimlənməsinə dair razılaşmanı alqışlayıb".
Xeber-ps.com-ın ABŞ Dövlət Departamentinin saytına istinadən xəbərinə görə, bu sözləri departamentin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.
ABŞ dövlət katibi Antoni Blinkenlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında bu yaxınlarda baş tutmuş telefon danışığını şərh edən Miller bu barədə yazılı açıqlamasında bildirib.
"ABŞ dövlət katibi Antoni Blinken ötən gün Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı Ermənistan ilə Azərbaycan arasında davamlı və ləyaqətli sülhün vacibliyini bir daha təsdiqləyib", - deyə o qeyd edib.