Azərbaycan Premyer Liqasında VI tura start verilib

Azərbaycan Premyer Liqasında VI tura start verilib.

Xeber-ps.com xəbər verir ki, turun ilk oyununda "Araz-Naxçıvan" "Kəpəz"i qəbul edib.

"Liv Bona Dea Arena"da baş tutan matçda meydan sahibləri qələbə qazanıb - 1:0.

Yeganə qolu 76-cı dəqiqədə Bernardo Diaş gəncəlilərin qapısına vurub.

Qeyd edək ki, tura sentyabrın 14-də və 15-də keçiriləcək görüşlərlə yekun vurulacaq.

Azərbaycan Premyer Liqasında bu gün VI tura start veriləcək.

Xeber-ps.com xəbər verir ki, turun ilk oyun günündə bir qarşılaşma baş tutacaq.

"Araz-Naxçıvan" klubu "Liv Bona Dea Arena"da "Kəpəz"i qəbul edəcək. Rəvan Həmzəzadənin idarə edəcəyi matçın start fiti 19:30-da səsləndiriləcək.

Azərbaycan Premyer Liqası

VI tur

13 sentyabr

19:30. "Araz-Naxçıvan" - "Kəpəz"

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Elvin Bayramov.

Mərdəkan, "Liv Bona Dea Arena".

Qeyd edək ki, turun digər görüşləri sentyabrın 14-15-də keçiriləcək.

0.063202142715454