Bundesliqanın sürət rekordu qırıldı

"Haydenhaym" klubunun futbolçusu Serlord Konte komanda ilə çıxdığı ikinci görüşdə adını Bundesliqa tarixinə yazdırmağı bacarıb.

Xeber-ps.com xəbər verir ki, "Auqsburq"la oyunun 85-ci dəqiqəsində sprint edərək maksimal sürəti 36,67 km/saata çatdıran hücumçu "sürət kralı" adlandırılan "Borussiya Dortmund"un ulduz futbolçusu Kərim Adeyemini qabaqlayıb.

Kərim Adeyemi isə 2022/23 mövsümündə "Frayburq"la oyunda 36,65 km/saat sürət yığıb və o vaxta qədər Bundesliqanın ən sürətli oyunçusu olub.

Qeyd edək ki, Konte bu mövsüm "Paderborn"dan 700 min avro qarşılığında "Haydenhaym"a keçib.

0.1256000995636