Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin və Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç Cənubi Qafqazda davamlı sülh və sabitliyə nail olmağın yollarını müzakirə ediblər.
Xeber-ps.com TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"Cənubi Qafqazda davamlı sülh və sabitliyə nail olmaq yolları ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb. İki ölkənin yanaşmalarının, o cümlədən 3+3 Regional Məşvərət Platforması çərçivəsində sıx əlaqələndirilməsinin davam etdirilməsində qarşılıqlı maraq ifadə olunub", - deyə nazirlikdən bildirilib.