"Rusiya Zəngəzur dəhlizi ilə bağlı İrana bütün lazımi izahatları verib".
Xeber-ps.com-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə çıxışı zamanı deyib.
"Biz tərəfdaşlarımızla təmasdayıq, bu, daimi təmaslardır. Biz bununla bağlı bütün lazımi izahatları vermişik və o mövqedən çıxış edirik ki, təqdim etdiyimiz arqumentasiya Tehranda dinlənilib və qəbul edilib", - deyə Zaxarova bildirib.
Onun sözlərinə görə, anti-Rusiya informasiya kampaniyası müəyyən dairələrdən ilhamlanıb:
"Moskva ilə Tehran arasında genişlənən strateji tərəfdaşlığa ixtilaf yaratmaq üçün istənilən, hətta ən gülünc fürsətdən istifadə edirlər. Bu, Qərbin maraqları naminə edilir".