Kurban Berdiyev "Turan Tovuz" klubunun akademiyasının sökülməsini istəyib - SƏBƏB

"Turan Tovuz" klubunun baş məşqçi Kurban Berdiyev yeni tikilən akademiya binasını bəyənmədiyi üçün sökülməsini və yenidən tikilməsini istəyib.

Sportinfo.az xəbər verir ki, "Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyev təəccüb və narazılıq doğuran qərarla rayonda hər kəsin diqqətini yenidən öz üzərinə çəkib.

İş adamı Tovuzdakı bazanın yerləşdiyi ərazidə tikilən yeni akademiya binasının profilini dəyişib.

Təməli 1 il öncə atılan və ötən müddətdə inşası dəfələrlə dayandırılan bina uşaq futbol məktəbinin ixtiyarına verilib.

Onun göstərişinə əsasən, bura əsas komandanın istifadəsində olacaq.

Üçmərtəbəli və 24 otaqdan ibarət korpus həftədə 1 gün Tovuzda qalacaq Kurban Berdiyev və oyunçularına xidmət edəcək. Azyaşlı uşaqlar və onların məşqçiləri binaya buraxılmayacaqlar.

Baş məşqçi Kurban Berdiyev isə Ehtiram Quliyevin tikdirdiyi binanın şəraitindən razı qalmayıb.

Rusiyalı çalışdırıcı obyekti qarış-qarış gəzib, otaqların balaca olduğu qənaətinə gəlib. O, görülən işləri bəyənmədiyini Quliyevin adamlarının diqqətinə çatdırıb.

Berdiyev sədri əlavə xərcə salıb. "Turan Tovuz"un çalışdırıcısı burada söküntü işlərinin aparılmasını, otaqların sahəsinin genişləndirilməsini tapşırıb.

0.063057899475098