Avstraliyalı idmançı Paris-2024 zamanı narkotik istifadə etdiyinə görə CƏZALANDIRILDI

Avstraliya otüstü hokkey komandasının üzvü Tomas Kreyq 2024-cü il Yay Olimpiya Oyunları zamanı Parisdə kokain aldığına görə 12 ay müddətinə idmandan uzaqlaşdırılıb.

Xeber-ps.com Championat.com-a istinadən xəbər verir ki, idmançının altı aylıq cəzasının hamısını çəkəcəyi, qalan altı aylıq müddətin isə idmançıdan asılı olacağı bildirilib.

Belə ki, Tomas Kreyq altı aylıq müddətdə hokkeydən uzaq qalacaq, geri qalan müddət ərzində hər hansısa narkotik vasitədən istifadə etməyəcəyi təqdirdə yenidən hokkeyə qayıda biləcək.

Bu müddət ərzində Kreyqin istənilən səviyyəli matçlarda iştirak etməsi qadağandır.

İdmançının 2025-ci ildə milli komandaya cəlb oluna biləcəyi bildirilir.

Xatırladaq ki, Tomas Kreyq avqustun 8-də Paris hüquq-mühafizə orqanları tərəfindən kokain alan zaman saxlanılıb.

0.15891885757446