"Real Madrid" ingiltərəli məşqçi üçün viza ala bilməyib

İngiltərənin "Stokport" klubunun köməkçi məşqçisi Endi Manqan iş vizası ilə bağlı problemlərə görə "Real Madrid"in məşqçilər heyətinə qoşula bilməyib.

Xeber-ps.com "The Guardian"a istinadən xəbər verir ki, sövdələşmə Böyük Britaniyanın 2020-ci ildə "Brexit" nəticəsində Avropa İttifaqından çıxması səbəbindən baş tutmayıb. İndi Britaniya vətəndaşlarının İspaniyada iş icazəsi alması 9 aya qədər vaxt apara bilir.

Manqan UEFA-nın məşqçilik lisenziyasını "kral klubu"nun baş məşqçisi Karlo Ançelottinin oğlu Davide ilə birlikdə alıb. Kiçik Ançelotti komandanın məşqçilər heyətindədir və Manqanla yaxın dostdur. Manqan daha əvvəl "Flitvud" və "Bristol Rovers"də İngiltərə millisinin keçmiş baş məşqçisi Coey Bartonun köməkçisi kimi çalışıb.

Qeyd edək ki, 38 yaşlı menecer İngiltərənin 3-cü liqasında mübarizə aparan "Stokport"da işləməyə davam edəcək.

0.069071054458618