"Qarabağ" "Mançester Yunayted", "Qalatasaray" və "Napoli"ni qabaqladı

"Qarabağ" sentyabr ayı üçün açıqlanan klubların reytinq sıralamasında "Mançester Yunayted" və "Napoli"ni qabaqlayıb.

Xeber-ps.com xəbər verir ki, IFFHS (Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası) tərəfindən hazırlanan cədvəldə Azərbaycan çempionu "Qarabağ" 182,75 xalla 52-ci sırada qərarlaşıb.

Qurban Qurbanovun komandası bu göstərici ilə "Qalatasaray", "Mançester Yunayted" və "Napoli" kimi klubları geridə qoyub.

Ölkəmizin digər klubu "Zirə" 91,25 xalla 211-cidir. "Sabah" (59 xal) 428-ci, "Neftçi" (53,5 xalla) 482-cidir.

Qeyd edək ki, siyahıya 403 xalla Madrid "Real"ı başçılıq edir. "Mançester Siti" (368 xalla) ikinci, "Bayer" (353 xal) isə üçüncüdür.

0.076402902603149