"Formula-1" üzrə Azərbaycan Qran-prisinə bütün biletlər satılıb

"Formula-1" üzrə Azərbaycan Qran-prisinə bütün biletlər satılıb.

Xeber-ps.com xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Bildirilib ki, yarışa olan maraq gözləntiləri üstələyib: "Azarkeşlərin böyük marağı səbəbindən bu il Bakı yarışının 8 tribunasına "Zəfər" və "Qız Qalası" tribunaları əlavə edilib. Yarış tribunalarının ümumi tutumu ötən ilə nisbətdə 35 faiz artırılıb".

Qeyd edək ki, Azərbaycan Qran-prisi 13-15 sentyabr tarixlərində baş tutacaq.

0.074970006942749