Azərbaycan millisi dünya çempionatında iştirakından imtina etdi

Azərbaycanın bodibildinq komandası sentyabrın 23-28-də İranın Kiş şəhərində keçiriləcək dünya çempionatında iştirak etməyəcək.

Xeber-ps.com xəbər verir ki, komandamız noyabrda keçiriləcək dünya kubokunu nəzərə alaraq, hazırlıqlarını uzunmüddətli perspektivə hesablayaraq planlaşdıracaq.

"Dəmir oğlanlarımız" üçün növbəti start 31 oktyabr - 4 noyabr tarixlərində İspaniyanın Santa Susanna şəhərində baş tutacaq Dünya Kuboku olacaq.

Qeyd edək ki, bu il millimiz Santa Susannada keçirilən Avropa çempionatında çıxış edərək, ümumilikdə 7 qızıl, 6 gümüş, 6 bürünc medal və 4 mütləq titul qazanıb. Bundan əlavə, yığmamız bodibildinq yarışlarında ümumi komanda hesabında birinci yeri tutub.

0.079852819442749