Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən klubların və futbolçuların yeni bazar qiymətləri açıqlanıb.
Xeber-ps.com xəbər verir ki, çempionatın ən dəyərli oyunçusu "Qarabağ"ın üzvü Olavio Juninyodur.
Braziliyalı hücumçu iki milyon avro dəyərində göstərilib. Onu 1.80 milyon avro ilə komandanın yeni transferi Aleksey Kaşuk izləyir. Bazar qiyməti ən yüksək sayılan növbəti beş futbolçu "Qarabağ"ın heyətində yer alır.
Premyer Liqanın ən dəyərli klubu da məhz Ağdam təmsilçisidir. Qurban Qurbanovun sərəncamındakı kollektivin ümumi bazar qiyməti 20.78 milyon avrodur.
Anar Həsənov