Millətlər Liqası: Türkiyə, Fransa və İtaliyadan qələbə, Qazaxıstan məğlub oldu

UEFA Millətlər Liqasında bu axşam səkkiz görüş keçirilib.

Xeber-ps.com xəbər verir ki, Türkiyə yığması İzmirdə İslandiya millisini qəbul edib.

Gərgin mübarizə şəraitində keçən qarşılaşma 3:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Ay-ulduzluların bütün qollarını Kerem Aktürkoğlu vuraraq het-trikə imza atıb.

Həmçinin Fransa evdə Belçikanı (2:0), İtaliya isə səfərdə İsraili (1:2) məğlub edib.

Digər matçlarda Monteneqro doğma meydanda Uelsə (1:2), Avstriya isə səfərdə Norveçə uduzub (2:1).

Sloveniya Qazaxıstanın qapısından 3, Kosovo Kiprin qapısından 4 cavabsız top keçirib (3:0 və 0:4). Rumıniya isə Litvadan üstün olub - 3:1.

0.10960292816162