"Atletiko Madrid"in sabiq hücumçusu Braziliya klubuna keçib

"Atletiko Madrid"dən ayrılan Memfis Depayın yeni klubu müəyyənləşib.

Xeber-ps.com xəbər verir ki, bu barədə idman jurnalisti Fabritsio Romano şəxsi "Instagram" hesabından paylaşım edib.

O, 30 yaşlı futbolçunun karyerasını "Korintians"da davam etdirəcəyini bildirib.

Niderlandlı hücumçu Braziliya təmsilçisində tibbi müayinədən uğurla keçib.

Depayın "Korintians"la müqaviləsi 2026-cı ilə qədər nəzərdə tutulub.

0.069764852523804