Kürdəxanı bələdiyyəsinin sabiq şöbə rəisi Məhəmməd Ağakişiyevin cinayət işinin ilk məhkəmə hazırlıq iclası keçirilib.
Xeber-ps.com-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə ittiham olunan şəxsin anket məlumatları dəqiqləşdirilib.
Cinayət məcəlləsinin 178.3.2-ci (külli miqdarda törədilməklə dələduzluq) maddəsi ilə ittiham olunan sabiq şöbə rəisi barədə seçilmiş həbs olmayan qətiimkan tədbirinin qüvvədə saxlanılması və işin məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunub.
Qeyd edək ki, Məhəmməd Ağakişiyev Sabunçu rayonunun Nardaran qəsəbəsində ikisi qazi olmaqla 5 nəfərə torpaq satmaq adı ilə onların 186 min manat pulunu mənimsəməkdə təqsirləndirilir.
Elgün Həsənli