Xaricdə yaşayan azərbaycanlı alimlərə təklif: "Onların Qarabağ Universitetinə töhfəsi arzuolunandır"

"Xaricdə yaşayan soydaşlarımızın uğuru birlik və bərabərlikdən keçir. Diaspor Komitəsinin əsas fəaliyyəti də bu birliyə yönəlib".

Xeber-ps.com xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumundakı çıxışında deyib.

Onun sözlərinə görə, Diasporla iş üzrə Dövlət Komitəsinin hazırda əsas istiqaməti Qarabağ və onu inkişafı, Azərbaycana qarşı yönələn məkrli planlara cavab verməkdən ibarətdir:

"Xaricdə yaşayan azərbaycanlı alimlərdən də bu prosesə töhfə vermək arzu olunur. Azərbaycan dövləti onlara bu prosesdə öz dəstəyini yenə davam etdirəcək. Həmçinin, onlar hər hansı bir iş üçün - təhsil və s. xaricə gedən yeni nəslin inkişafı üçün çalışmalıdırlar ki, bu yeni nəsil alimlərin təcrübələrindən istifadə edib böyük nailiyyətlər əldə etsinlər".

"Xaricdə yaşayan azərbaycanlı alimlərin xüsusən də Qarabağ Universitetinə töhfə verməsi arzuolunandır. Diasporla iş üzrə Dövlət Komitəsi bu istiqamətdə onlara istənilən dəstəyi verməyi hazırdır", - deyə dövlət komitəsinin sədri əlavə edib.

Mərahim Nəsib

0.082866191864014