Bakıda azyaşlını avtomobil VURDU

Bakının Pirallahı rayonunda doqquz yaşlı uşağın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, Qala qəsəbəsində avtomobil yolu keçən 2015-ci il təvəllüdlü azyaşlı qızı vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

0.090283155441284