Millətlər Liqası: İngiltərə İrlandiyanı sabiq "irlandlar"ın qolları ilə üstələdi

UEFA Millətlər Liqasında növbəti oyunlar baş tutub.

Xeber-ps.com xəbər verir ki, İrlandiyanın qonağı olan İngiltərə seçməsi səfərdə rəqibinə şans verməyib - 2:0.

Maraqlıdır ki, ingilislərin hər iki qolunu əvvəllər İrlandiya millisində çıxış etmış futbolçular - Deklan Rays və Cek Qriliş vurublar.

Digər oyunlarda Gürcüstan evdə Çexiyanı darmadağın edib - 4:1. Latviya səfərdə Ermənistana eyni hesabla uduzub - 4:1. Moldova isə Maltadan üstün olub - 2:0.

0.30839896202087