Şuşaya qayıdan sakin: "Ən böyük arzuma çatmışam"

"Ən böyük arzuma çatmışam. Doğma yurduma qayıdış məni çox sevindirir. Gələcək fəaliyyətimizi orada davam etdirəcəyik, şagirdlərə təhsil verəcəyik".

"Report" xəbər verir ki, bu sözləri Şuşa şəhərinə qayıdan keçmiş məcburi köçkün Abbasova Aynur deyib.

"Həqiqətən bu gün çox qarışıq hisslər keçiririk. Allah hamını arzusuna çatdırsın. Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!" - deyə o əlavə edib.

0.063936948776245