Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası yaradılıb, sədr seçilib

Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası yaradılıb.

"Report"un əldə etdiyi məlumata görə, bununla bağlı Elm və Təhsil Nazirliyinin Kollegiyası qərar qəbul edib.

Şura üzvlərinin sayı 11 nəfər olaraq müəyyənləşib.

Nazirlik yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova Şuranın sədri seçilib.

Şuranın üzvləri isə aşağıdakılardır:

- Elm və Təhsil Nazirliyi Aşqarlar Kimya İnstitutunun icraçı direktoru Əfsun Rəzzaq oğlu Sucayev;

- Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun şöbə müdiri Bilal Telman oğlu Bilalov;

- Elm və Təhsil Nazirliyi Radiasiya Problemləri İnstitutunun baş elmi işçisi Elçin Məmmədəli oğlu Hüseynov;

- Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı Ələkbər Əli Ağa oğlu Əliyev;

- Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Qulam Rüstəm oğlu Babayev;

- Elm və Təhsil Nazirliyi Mikrobiologiya İnstitutunun laboratoriya müdiri Könül Fərrux qızı Baxşəliyeva;

- Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun laboratoriya müdiri Səftər Yusif oğlu Süleymanov;

- Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Etnologiya İnstitutunun şöbə müdiri Nərgiz Çingiz qızı Axundova;

- Əmək bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyəti sədrinin müavini Elçin Bəhmən oğlu Süleymanov;

- elm və təhsil nazirinin müşaviri Azər Etibar oğlu Abızadə.

Qeyd edək ki, Şura ictimai əsaslarla fəaliyyət göstərəcək.

0.090650081634521