Ronaldudan daha bir rekord: Diz çökərək ağladı

Kriştianu Ronaldu karyerası ərzində 900 qol vuran ilk futbolçu olub.

Xeber-ps.com xəbər verir ki, Portuqaliya millisinin hücumçusu bu nailiyyəti UEFA Millətlər Liqası çərçivəsində Xorvatiya yığmasına qarşı oyunda əldə edib. O, komandasının ikinci qolunu xorvatların qapısından keçirib.

Qol sevincini qeyd edən futbolçu diz çökərək ağlayıb.

Qeyd edək ki, Ronaldu indiyədək "Real Madrid"də 450, "Mançester Yunayted"də 145, "Yuventus"da 101, "Sportinq"də 5, "Əl-Nəsr"də 68, milli komandada isə 131 dəfə fərqlənib.

0.073997974395752