Paytaxtın Yasamal rayonunda binanın blokunda qeyri-etik hərəkət edən şəxs saxlanılıb.
Bu barədə Xeber-ps.com-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı məlumat verib.
O qeyd edib ki, görüntülərdəki şəxs 1999-cu il təvəllüdlü S. Abbasovdur:
"Sözügedən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı onun paytaxt ərazisində velosiped oğurluğu etdiyi də müəyyən edilib. Həmin şəxsin törətdiyi qanunsuz əməllərlə bağlı araşdırmalar davam etdirilir".
Məhərrəm Əliyev